Ailəsi dərədən meyiti tapılan şəxsin öldürüldüyünü iddia edir - YENİLƏNİB

22:25 04.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöldə dərədən meyiti tapılan 40 yaşlı kişinin qətlə yetirildiyi məlum olub.

Hafta.az xəbər verir ki, bunu qətlə yetirilən Saqib Quliyevin anası Rəna Quliyeva deyib.

Mərhumun anasının sözlərinə görə, onun oğlunu öldürüb dərəyə atıblar:

”Evdə oturmuşdum. Xəbər gəldi ki, oğlumu bıçaqlayıb dərəyə atıblar. Biz də gəldik gördük ki, oğlumun meyitini tullayıb qaçıblar. Bütün qurumlardan xahiş edirəm, mənim oğlumun qatilini tapsınlar. Oğlum dünən evdən çıxıb qayıtmamışdı. Evdən çıxanda dedi, ana, gedirəm əhəng alım gəlim. Öz evimizi təmir edirdi, həyətimizdə təmizlik  işləri aparırdı. Mənim oğlumu öldürüb, məni düzdə qoydular. Oğlum boşanmışdı, iki azyaşlı oğlu var". 

***

Göygöl Rayon Polis Şöbəsinə rayonun Molla Cəlilli kəndi ərazisində üzərində zorakılıq əlamətləri olan kişi meyiti  aşkarlanıb.

Hafta.az xəbər verir ki, daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Meyitin 1986-cı il təvəllüdlü Sabiq Quliyevə məxsus olduğu müəyyən edilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin kimliyinin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.